Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyası fakültəsinin tələbələri 2026-cı ilin may ayında SAP University Alliances proqramı çərçivəsindəkeçirilən iki nüfuzlu beynəlxalq akademik yarışda universitetiuğurla təmsil ediblər.
Tələbələrdən ibarət komanda ERPsim EMEA Competition 2026 yarışında SAP S/4HANA platformasında keçirilən canlı istehsalsimulyasiyasında iştirak edib. Komanda Avropa, Yaxın Şərq vəAfrika regionlarını təmsil edən 18 komanda arasında mübarizəapararaq 12-ci yeri tutub.
Komanda həmçinin SAP Signavio Academic Challenge 2026 yarışında da yüksək nəticə göstərib. Yarışa 18 ölkədən 161 iştirakçı qeydiyyatdan keçsə də, ADNSU komandası seçilmiş 4 finalçı arasında yer alaraq EMEA regionu üzrə 2-ci yerə layiqgörülüb. Münsiflər heyəti komandanın güclü analitik düşüncətərzini, problemlərin həllinə yaradıcı yanaşmasını və mürəkkəbhəlləri aydın və inamlı şəkildə təqdim etmək bacarığını xüsusiqiymətləndirib.
Komandanın tərkibində Ramil Axmineyev (komanda kapitanı), Dinara Süleymanova, Rəşid Rəsulov, Fidan Tahirova və Gülnar Salimova yer alıblar. Komandanın akademik rəhbəri ADNSU-nun müəllimi Dr. İqor R. Nasirov olub.
Bu uğur ADNSU tələbələrinin beynəlxalq arenada yüksəkhazırlıq səviyyəsini və universitetin rəqəmsal texnologiyalarsahəsində potensialını bir daha nümayiş etdirir.