İyunun 4-də Sumqayıt Dövlət Universitetinin elm vəinnovasiyalar üzrə prorektoru, dosent Elşad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft vəSənaye Universitetində (ADNSU) olub.
Qonaqlar ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov ilə görüşüblər. Universitetin fakültə dekanlarının da iştirak etdiyi görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı birgə elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsi, tədris planlarının təkmilləşdirilməsi, elmi layihələrin icrası, tələbələrin istehsalat təcrübəsinin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın gələcək inkişaf perspektivlərini yüksək qiymətləndirərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.