×

Xəbərlər

Xəbərlər 04 Jun 2026
ADNSU-nun əcnəbi tələbələri Enerji Forumu sərgisində iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) əcnəbi tələbələri Bakıda Ekspo Mərkəzindəkeçirilən Enerji Forumu sərgisində iştirak ediblər. Universitet sərgidə beynəlxalq tələbələrdən ibarət ənböyük nümayəndə heyəti ilə təmsil olunub.

Sərgi çərçivəsində tələbələr enerji sektorunda fəaliyyətgöstərən aparıcı şirkətlərin nümayəndələri və tanınmışmütəxəssislər ilə görüşmək, onların təcrübələri iləyaxından tanış olmaq imkanı əldə ediblər. Bu cürplatformalar tələbələrin peşəkar bilik və bacarıqlarınıninkişafına, eləcə də gələcək karyera hədəflərininmüəyyənləşdirilməsinə mühüm töhfə verir.

Sərgi zamanı tələbələr üçün qürurverici məqamlardanbiri də ADNSU-nun müəllimi Qriqori Penkovunforumun əsas müzakirə platformalarından birindəmoderator qismində çıxış etməsi olub. Onun forumdakıfəaliyyəti tələbələr tərəfindən maraqla qarşılanıb vəonlar üçün əlavə motivasiya mənbəyinə çevrilib.


Paylaş