Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) dörd tələbəsi Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının ilk qalibləri sırasında yer alıb.
Proqramölkədə innovasiya ekosisteminin inkişafına, gənclərin texnologiya sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməyi hədəfləyir. Təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub və iştirakçılar bir neçə seçim mərhələsindən keçərək öz bilik və potensiallarını nümayiş etdiriblər. İlkin mərhələdə seçimprosesini uğurla tamamlayan 25 gənc təqaüd qazanıb.
Qaliblər arasında UFAZ-ın “Neft və qaz mühəndisliyi” ixtisasının tələbəsi Tayfun Kazımov, “Kompüter elmləri”ixtisasının tələbələri FidanAllahverdiyeva,Vəliəddin Əliyev və Rəvan Əlipaşayev də var.
Təqaüd proqramı çərçivəsində iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma, proqram təminatıvə UI/UX dizaynıistiqamətlərində praktik bilikvə bacarıqlar əldə edəcək, real layihələr üzərində çalışaraq gələcəyin peşələri üzrə dəyərli təcrübə qazanacaqlar.
UFAZ tələbələrini bu uğur münasibətilətəbrik edir, onlara proqramçərçivəsində yeni nailiyyətlər arzulayırıq.