×

Xəbərlər

Xəbərlər 05 Jun 2026
ADNSU “World Environment Day 2026” sərgisində təmsil olunub

İyunun 5-də Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması, davamlı inkişaf, yaşıl texnologiyalar və innovativ həllərin təşviqinə həsr olunmuş “World Environment Day 2026” sərgisi keçirilib. Sərgidə müxtəlif sahələr üzrə innovativ layihələr və texnoloji həllər nümayiş etdirilib.

Tədbirdə ADNSU-nun Startap və Texnologiya Transferi şöbəsinin müdiri Əhməd Əhmədzadənin rəhbərliyi ilə universitet tələbələri də iştirak ediblər. Universiteti sərgidə AIRT (Azerbaijan Intelligent Robotics Technologies) və NexusMind komandaları təmsil edib.

Tədbirdə həmçinin ADNSU-nun rektoru, dosent Rüfət Əzizov da iştirak edib. O, universiteti təmsil edən startap komandaları ilə tanış olub, onların layihələri barədə məlumat əldə edib.

Komandalar hazırladıqları layihə və həlləri iştirakçılara təqdim edərək innovativ yanaşmalarını nümayiş etdiriblər.

Tədbirdə həmçinin ADNSU-nun rektoru, dosent Rüfət Əzizov da iştirak edib. O, universiteti təmsil edən startap komandaları ilə tanış olub, onların layihələri barədə məlumat əldə edib.


Paylaş