Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və ADNSU nəzdində fəaliyyət göstərən UFAZ-ın startap komandaları “Milli brendlərin pərakəndə zirvəsi – 2026” tədbirində iştirak ediblər.
ADNSU-nu təmsil edən “Innovation Crew” komandası tədbirdə iştirak edərək “AgroHouse” layihəsini, UFAZ-ı təmsil edən “Guardian-X” komandası isə “AZira & Farmio AgriTech Ecosystem” layihəsini təqdim edib.
Komandalar aqronomiya sahəsi üzrə süni intellekt əsaslı həllər hazırlamış və layihələrini tədbir iştirakçılarına, qonaqlara və ekosistem nümayəndələrinə təqdim etmişlər.