×

Xəbərlər

Xəbərlər 08 Jun 2026
ADNSU dosenti “Baku Energy Week 2026” çərçivəsində keçirilən sessiyaya moderatorluq edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft mühəndisliyi” kafedrasının dosenti, Geologiya və Georesurslar Tədqiqat Qrupunun aparıcı tədqiqatçısı Qriqori Penkov “Baku Energy Week 2026” çərçivəsində keçirilən “Bərpa Olunan Enerji Mənbələrinin Enerji Sistemlərinə İnteqrasiyası: Çağırışlar və Həllər” mövzusunda strateji proqnozlaşdırma sessiyasına moderatorluq edib.

Sessiya çərçivəsində enerji sektorunun aparıcı mütəxəssisləri bərpa olunan enerji mənbələrinin mövcud enerji sistemlərinə inteqrasiyasının texniki və strateji aspektlərini, elektrik şəbəkəsi infrastrukturunun inkişafını, enerji saxlama texnologiyalarını, eləcə də dayanıqlı enerji sistemlərinin gələcək perspektivlərini müzakirə ediblər.

Müzakirələr zamanı enerji keçidinin uğurla həyata keçirilməsində müasir enerji infrastrukturunun və innovativ texnologiyaların əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bərpa olunan enerji mənbələrinin enerji balansında payının artması yeni texnoloji yanaşmaların tətbiqini və şəbəkə sistemlərinin daha çevik idarə olunmasını zəruri edir.

Qeyd edək ki, sessiya enerji sektorunda dayanıqlı inkişafın təmin olunması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.


Paylaş