×

Xəbərlər

Xəbərlər 08 Jun 2026
ADNSU tələbələri “İnnovasiya və süni intellekt” üzrə təqaüd proqramının qalibləri sırasında yer alıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və süni intellekt” üzrə Təqaüd proqramının ilk qalibləri arasında yer alıblar.

Proqram ölkədə innovasiya ekosisteminin inkişafına, gənclərin texnologiya sahəsində bilik və bacarıqlarının artırılmasına, eləcə də rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməyi hədəfləyir. Təqaüd proqramına ümumilikdə 1851 müraciət daxil olub və iştirakçılar bir neçə seçim mərhələsindən keçərək öz bilik və potensiallarını nümayiş etdiriblər. İlkin mərhələni uğurla tamamlayan 25 gənc təqaüd qazanıb.

Qaliblər sırasında ADNSU-nun Geoloji kəşfiyyat fakültəsinin tələbəsi Səlimli Zakir, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbələri Nahid İsayev və Kamran Pirişzadə yer alıb.

 

Təqaüd proqramı çərçivəsində iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma, proqram təminatı və UI/UX dizaynı istiqamətlərində praktik bilik və bacarıqlar əldə edəcək, real layihələr üzərində işləyərək gələcəyin peşələri üzrə dəyərli təcrübə qazanacaqlar.


Paylaş