×

Xəbərlər

Xəbərlər 09 Jun 2026
ADNSU ilk dəfə nüfuzlu Round University Ranking (RUR) reytinqində yer alaraq 795-ci pillədə qərarlaşıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilk dəfə nüfuzlu beynəlxalq Round University Ranking (RUR) reytinqində yer alaraq 2026-cı il üzrə mühüm uğura imza atıb.

“RUR 2026” nəticələrinə əsasən, ADNSU dünya universitetləri arasında 795-ci pillədə qərarlaşıb. Universitet eyni zamanda Azərbaycan ali təhsil müəssisələri arasında 2-ci yeri tutaraq ölkənin ali təhsil məkanındakı güclü mövqeyini bir daha təsdiqləyib.

Reytinqin əsas qiymətləndirmə istiqamətləri üzrə ADNSU tədris göstəricisinə görə dünya universitetləri arasında 415-ci yerdə qərarlaşıb. 

Beynəlmiləlləşmə göstəricisinə əsasən ADNSU dünya üzrə 681-ci pillədə yer alaraq ölkə universitetləri arasında 2-ci olub. 

Əldə olunan nəticələr universitetdə tədris keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticələrini əks etdirir.

Qeyd edək ki, Round University Ranking (RUR) dünyanın aparıcı ali təhsil müəssisələrinin fəaliyyətini tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə dayanıqlığı kimi əsas göstəricilər üzrə qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir. ADNSU-nun bu reytinqdə ilk dəfə yer alması universitetin beynəlxalq akademik nüfuzunun artmasının, qlobal ali təhsil məkanına inteqrasiyasının və rəqabət qabiliyyətinin yüksəlməsinin növbəti göstəricisi kimi qiymətləndirilir.


Paylaş