×

Xəbərlər

Xəbərlər 10 Jun 2026
UFAZ-ın 10 illik yubileyi çərçivəsində “UFAZ Fest” konserti keçirilib

İyunun 6-da UFAZ-ın 10 illik yubileyi münasibətilə “UFAZ Fest” adlı konsert proqramı təşkil olunub. Tədbir UFAZ Musiqi Klubunun təşəbbüsü ilə Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında keçirilib.

600-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və UFAZ-ın rəhbərliyi, professor-müəllim heyəti, inzibati əməkdaşlar, tələbələr, məzunlar və qonaqlar iştirak ediblər.

Tələbələr tərəfindən ərsəyə gətirilən proqram müasir dövrün çağırışları fonunda ümid, özünüifadə, emosional rifah və daxili güc kimi mövzulara həsr olunub. Musiqi, səhnə performansı və vizual incəsənəti bir araya gətirən konsert dörd fəsildən ilhamlanan hissələrdən ibarət olub. Tədbir çərçivəsində canlı musiqi nömrələri, bədii səhnələr və vizual təqdimatlar nümayiş etdirilib. “UFAZ Fest” tələbələrin yaradıcılıq potensialını, təşəbbüskarlığını və komanda işi bacarıqlarını nümayiş etdirməklə yanaşı, tələbə klublarının universitet həyatındakı rolunu da ön plana çıxarıb.

Qeyd edək ki, UFAZ fəaliyyətinin 10 illiyini il ərzində müxtəlif elmi, mədəni və sosial tədbirlərlə qeyd edir. 


Paylaş