×

Xəbərlər

Xəbərlər 10 Jun 2026
ADNSU alimlərinin elmi məqaləsi Q1 kvartilli “Energies” jurnalında dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Qaz-neft-mədən” fakültəsinin dekanı, professor  Elman İsgəndərov və fakültənin müəllimi, dosent İnqlab Əliyevin Satbayev Universitetinin K. Turıssov adına Geologiya və Neft-Qaz Biznesi İnstitutunun direktoru Yergali Auyelxanla birgə elmi tədqiqatının nəticələri nüfuzlu, yüksək impakt faktorlu və Q1 kvartilli “Energies” jurnalında dərc olunub.

Tədqiqat təbii qaz kəmərlərində hidrat əmələgəlməsi və eroziya proseslərinin qarşısının alınmasına həsr edilib. Müəlliflər tərəfindən pirokondensat və gil hissəcikləri əsasında hazırlanmış innovativ kompozisiya hər iki problemin eyni vaxtda həllinə imkan verir.

Aparılmış laboratoriya və sənaye sınaqları göstərib ki, təklif olunan yanaşma qaz kəmərlərinin istismar etibarlılığını artırır, onların xidmət müddətini uzadır və qaz nəqlinin iqtisadi səmərəliliyinin yüksəldilməsinə töhfə verir.

Əldə olunan nəticələr qaz nəqli sistemlərinin təhlükəsizliyinin və dayanıqlığının artırılması baxımından mühüm praktiki əhəmiyyət daşıyır. Tədqiqat, eyni zamanda, neft-qaz sənayesində yeni texnoloji həllərin tətbiqi üçün geniş imkanlar açır və enerji infrastrukturunun daha səmərəli idarə olunmasına töhfə verir.

Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.mdpi.com/1996-1073/19/12/2755


Paylaş