×

Xəbərlər

Xəbərlər 11 Jun 2026
ADNSU-nun prorektoru beynəlxalq RobotChallenge layihəsinin Azərbaycan üzrə baş hakimi seçilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov RobotChallenge Azərbaycan yarışmasının Baş hakimi seçilib.

Baş hakim kimi Elviz İsmayılov hakimlər heyətinin fəaliyyətinin koordinasiyasında və yarışmanın obyektiv, şəffaf şəkildə keçirilməsinin təmin olunmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, Bakıda keçirilən seçim mərhələsində uğur qazanan komandalar ölkəmizi Çində keçiriləcək RobotChallenge beynəlxalq yarışmasında təmsil edəcəklər.

RobotChallenge dünyanın ən böyük və nüfuzlu robototexnika yarışmalarından biridir. Bu beynəlxalq layihə ilk dəfə 2004-cü ildə Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunub. Yarışmanın əsas məqsədi gəncləri elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrinə cəlb etmək, onların yaradıcılıq potensialını və texnoloji bacarıqlarını inkişaf etdirməkdir.


Paylaş