×

Xəbərlər

Xəbərlər 12 Jun 2026
ADNSU və SDU arasında mühəndislik ixtisasları üzrə əməkdaşlıq imkanları müzakirə olunub

İyunun 11-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüş keçirilib. SDU-nun rektoru, professor NurəliYusifbəyli tərəfindən qəbul edilən nümayəndə heyəti iləkeçirilən görüşdə hər iki universitetin rəhbərliyi, prorektorlar, fakültə dekanları və aidiyyəti struktur bölmələrin nümayəndələriiştirak ediblər.

Görüşdə mühəndislik sahəsində birgə kadr hazırlığınıngücləndirilməsi, elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsivə sənayeyönümlü təhsil modelinin inkişafı məsələləri müzakirəolunub.

Müzakirələr zamanı Kimya mühəndisliyi, Energetikamühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları üzrəəməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Tədrisproqramlarının əmək bazarının və müasir sənayenin tələblərinəuyğunlaşdırılması, tələbələrin istehsalat təcrübələriningenişləndirilməsi, universitet–sənaye əlaqələrininmöhkəmləndirilməsi və innovasiya fəaliyyətinin təşviqiistiqamətlərində fikir mübadiləsi aparılıb. Tərəflər həmçininbirgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademikmübadilə imkanlarının artırılması və tələbələrin praktikibacarıqlarının inkişafına xidmət edən təşəbbüslərindəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşün sonunda SDU və ADNSU arasında mövcudəməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, mühəndislikistiqamətləri üzrə birgə fəaliyyətin gücləndirilməsi vəinstitusional tərəfdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldəolunub. 


Paylaş