×

Xəbərlər

Xəbərlər 12 Jun 2026
ADNSU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 12-də Azərbaycan Dövlət Neft və SənayeUniversitetində (ADNSU) universitetin nəzdində fəaliyyətgöstərən Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Nüfuzlu Liderin böyükxilaskarlıq missiyası” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrundacanlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutlayad edilib.

Tədbirdə açlış nitqi ilə çıxış edən ADNSU-nun rektoru, dosentRüfət Əzizov bildirib ki, 15 İyun – Milli Qurtuluş GünüAzərbaycan dövlətçiliyinin xilası və gələcək inkişafının əsasınınqoyulduğu mühüm tarixi mərhələdir. O qeyd edib ki, Ulu ÖndərHeydər Əliyevin uzaqgörən siyasi fəaliyyəti nəticəsində ölkədəsabitlik bərqərar olunub, dövlət idarəçiliyi möhkəmləndirilib vəAzərbaycanın davamlı inkişafının strateji istiqamətlərimüəyyənləşdirilib. Rektor vurğulayıb ki, Milli Qurtuluşideyaları bu gün də ölkənin tərəqqisinin və milli həmrəyliyinəsas dayaqlarından biri olaraq qalır.

Daha sonra ADNSU-nun Tədris məsələləri üzrə prorektoru, YAP “Azadlıq Prospekti – 20” ünvanı üzrə ərazi partiyatəşkilatının sədri, dosent Rza Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, Fəlsəfəvə Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent SənanHəsənov və ADNSU-nun Humanitar fənlər kafedrasının dosentiYaşar Əhmədov çıxış edərək Milli Qurtuluş GünününAzərbaycanın müasir tarixində müstəsna yer tutduğunubildiriblər. Çıxışlarda qeyd olunub ki, 1993-cü ildə ölkədəyaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə xalqın təkidlitələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətmüstəqilliyini qoruyaraq ölkəni parçalanma və vətəndaşqarşıdurması təhlükəsindən xilas edib. Çıxışlarda o da vurğulanıb ki, həmin dövrdə atılan qətiyyətli addımAzərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının vəbeynəlxalq nüfuzunun möhkəmlənməsinə zəmin yaradıb.

Daha sonra ADNSU nəzdində Heydər Əliyev Məktəbinindirektoru Sənan Hüseynov çıxış edərək Milli Qurtuluş Günününtəkcə tariximizin mühüm dönüş nöqtəsi deyil, həm də milli birliyin təmin olunmasının və ölkənin inkişaf strategiyasındagənclərin rolunun və formalaşmasının əsasının qoyulduğunubildirib.

Daha sonra iştirakçılara 15 İyun – Milli Qurtuluş Gününə həsrolunmuş videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində ADNSU-nun Kitabxana İnformasiyaMərkəzinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününəhəsr olunmuş “Nüfuzlu liderin böyük xilaskarlıq missiyası” adlıkitab sərgisi də təşkil olunub. Sərgidə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinəqayıtdıqdan sonra dərin ictimai-siyasi böhranın və vətəndaşmüharibəsi təhlükəsinin aradan qaldırılması, müstəqilliyimizinqorunub saxlanılması, dövlət quruculuğunun təməlininqoyulması, eləcə də Azərbaycan dövlətinin qurulması vəinkişafındakı müstəsna rolu barədə, həmçinin onun fəaliyyətidövründə həyata keçirilən ictimai-siyasi, sosial, iqtisadi, elmi vəmədəni yeniliklərdən bəhs edən 40-dan çox nəşr nümayişolunub.Sərgidə həmçinin ADNSU-nun professor-müəllimheyətinin müəllifi olduğu kitablar da yer alıb.


Paylaş