Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Yarışlarda fərqlənən tələbələr sertifikatlarla təltif olunublar.
Mükafatlandırma mərasimində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək qalibləri təbrik edib. Həmçinin, ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova və ADNSU İdman Kompleksinin direktoru, SAVAT Federasiyasının prezidenti Rafiq Əliyev iştirakçıların uğurlarını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar.