2025–2026-cı tədris ili üzrə PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramı bir tədris ilini əhatə edən genişmiqyaslı inkişaf proqramı kimi həyata keçirilib. Proqramın ilk üç ayı Şəxsi İnkişaf Marafonu (ŞİM) mərhələsindən ibarət olub, növbəti altı ay ərzində isə iştirakçılar PAŞA Holdingin mütəxəssisləri ilə görüşlərdə, müxtəlif layihələrdə, təlimlərdə və inkişaf fəaliyyətlərində iştirak ediblər.
Proqramın ilk mərhələsinin yekununda Şəxsi İnkişaf Marafonunun qalibləri müəyyənləşdirilib. Qaliblər sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının 656.23ES qrupunun III kurs tələbəsi Xəyal Əliyev də yer alıb.
X.Əliyev tələbə proqramın növbəti mərhələlərində də fəal iştirak edib. Doqquz ay davam edən ümumi qiymətləndirmənin nəticələrinə əsasən, 100 “Əlaçı” arasından seçilən 10 yekun qalibdən biri olub və proqramı 7-ci yerdə başa vurub.