İyunun 17-də Bakı şəhəri M. Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Ekskursiya çərçivəsində şagirdlər universitetin Mineralogiya muzeyini ziyarət edərək burada nümayiş olunan zəngin mineral və süxur kolleksiyaları ilə tanış olublar. Muzey əməkdaşları tərəfindən eksponatlar haqqında ətraflı məlumat verilib, mineralların yaranma xüsusiyyətləri, tətbiq sahələri və elmi əhəmiyyəti barədə məktəblilərin sualları cavablandırılıb.
Səfər zamanı ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova şagirdlərə ADNSU-nun tədris və elmi fəaliyyəti, universitetdə yaradılmış müasir infrastruktur, laboratoriyalar və tələbələr üçün mövcud imkanlar barədə də məlumatlan verib. Görüşün əsas məqsədi məktəblilərin ali təhsil müəssisəsi ilə yaxından tanışlığını təmin etmək, onların elmə və mühəndislik sahələrinə marağını artırmaq olub.