×

Xəbərlər

Xəbərlər 20 Jun 2026
ADNSU-da “Code for Future” layihəsi başa çatıb və proqramı uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elm və Təhsil Nazirliyi, “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi və ADNSU-nun birgə əməkdaşlığı ilə həyata keçirilən “Code for Future” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə layihə iştirakçıları, universitet rəhbərliyi, müəllimlərvə qonaqlar iştirak ediblər. Layihə çərçivəsində vebproqramlaşdırma, sistem inzibatçılığı və proqram təminatının test edilməsi istiqamətləri üzrə təlimlərə cəlb olunan tələbələrəldə etdikləri bilik və bacarıqları təqdim edərək hazırladıqları layihələri nümayiş etdiriblər.

Tədbirin açılışında çıxış edən ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov rəqəmsal bacarıqların müasir əmək bazarındakı rolundan bəhs edərək bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev və layihənin meneceri Mədinə Əlizadə isə layihənin nəticələri, iştirakçıların əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə məlumat veriblər.

Çıxışlarda qeyd olunub ki, layihə müddətində ümumilikdə 215 nəfər iştirakçı təlim proqramını uğurla tamamlayıb. Təlimlər gənclərin informasiya texnologiyaları sahəsində nəzəri biliklərinin artırılmasına, praktiki bacarıqlarının inkişaf etdirilməsinə və əmək bazarına hazırlığının gücləndirilməsinə xidmət edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, seçilmiş layihələr nümayiş etdirilib və fərqlənən iştirakçılar mükafatlandırılıblar.


Paylaş