×

Xəbərlər

Xəbərlər 24 Jun 2026
ADNSU komandası beynəlxalq “PetroBowl Regional Championship 2026” yarışında ikinci yerə layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası Qazaxıstanın Astana şəhərində keçirilən “PetroBowl Regional Championship 2026” yarışında uğurla çıxış edərək ikinci yerə layiq görülüb.

17 iyun 2026-cı il tarixində baş tutan yarışda ADNSU komandası güclü rəqiblərlə mübarizə apararaq yüksək nəticə nümayiş etdirib. Komandamız qrup mərhələsində Nazarbayev Universitetini 15–10, Kazan Federal Universitetini 20–0, Tyumen Sənaye Universitetini isə 20–15 hesabı ilə məğlub edib.

ADNSU-nu yarışda UFAZ-ın Neft-qaz mühəndisliyi ixtisası üzrə IV kurs bakalavr tələbəsi Rauf Bəşirov, UFAZ-ın Neft-qaz mühəndisliyi ixtisası üzrə III kurs bakalavr tələbəsi Zəhra Rəhimova, ADNSU-nun Dənizdə neft və qaz quyularının qazılması ixtisası üzrə I kurs magistr tələbələri Sənan Həsənli və Orxan Nəsibov təmsil ediblər.

Qeyd edək ki, PetroBowl Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil olunan beynəlxalq intellektual yarışdır. Yarış SPE tələbə bölmələrini sürətli sual-cavab formatında bir araya gətirir və iştirakçıların neft-qaz mühəndisliyi, enerji sənayesi, texniki və qeyri-texniki biliklərini yoxlayır. Regional çempionatlar vasitəsilə tələbə komandaları beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar.


Paylaş