×

Xəbərlər

Xəbərlər 24 Jun 2026
AIDT 2026 konfransı çərçivəsində süni intellektin tətbiqinə dair panel müzakirəsi keçirilib

AIDT 2026 konfransı çərçivəsində süni intellektin tətbiqinə dair panel müzakirəsi 

keçirilib 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “Rəqəmsal transformasiyalarda süni 

intellektin rolu” (AIDT 2026) beynəlxalq konfransı çərçivəsində “Etibardan təsirə: Sənaye və 

akademiyanın süni intellekt əsaslı rəqəmsal transformasiyanın inkişafına təsiri” mövzusunda 

panel müzakirəsi təşkil olunub. 

Paneldə konfransın sponsoru olan Azərbaycan Beynəlxalq Bankının (ABB) data və süni 

intellekt üzrə direktoru Maya Dursunova, “IMC Krems” Tətbiqi Elmlər Universitetinin 

Rəqəmsallaşma İnstitutunun rəhbəri və AIDT 2026-nın əsas məruzəçilərindən Dipak 

Dunqana, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş informasiya 

təhlükəsizliyi direktoru, “OIC-CERT” İdarə Heyətinin üzvü Tural Məmmədov və “Azercell 

Telecom”un data elmi üzrə ekspert və süni intellekt üzrə arxitektor Süleyman Süleymanzadə 

iştirak ediblər. Müzakirəyə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elm 

və innovasiyalar üzrə prorektoru Elviz İsmayılov moderatorluq edib. 

Panel müzakirəsi üç əsas istiqaməti əhatə edib: süni intellekt layihələrinin genişmiqyaslı 

tətbiqi və qarşıya çıxan çətinliklər, etibarlı və məsuliyyətli süni intellekt idarəçiliyi, eləcə də 

gələcəyin süni intellekt ekosisteminin formalaşdırılması. 

Müzakirələr zamanı ekspertlər bankçılıq, telekommunikasiya və dövlət sektorlarında süni 

intellekt layihələrinin pilot mərhələdən geniş tətbiqə keçirilməsi zamanı qarşılaşılan texniki, 

təşkilati və tənzimləyici problemləri təhlil ediblər. Bildirilib ki, süni intellektdən maksimum 

fayda əldə etmək üçün texnologiyanın tətbiqi ilə yanaşı, məlumatların keyfiyyəti, idarəetmə 

mexanizmləri və insan kapitalının inkişafı da mühüm əhəmiyyət daşıyır. 

Panel iştirakçıları həmçinin süni intellektə etimadın formalaşdırılması, şəffaflıq, təhlükəsizlik 

və etik prinsiplərin qorunması məsələlərinə toxunublar. Qeyd olunub ki, bu texnologiyanın 

uğurlu tətbiqi üçün innovasiya ilə təhlükəsizlik və normativ tələblər arasında balansın 

qorunması vacibdir. Bu kontekstdə beynəlxalq əməkdaşlığın və müxtəlif ölkələr arasında 

vahid yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. 

Müzakirələrin digər mühüm mövzusu isə süni intellekt sahəsində insan resurslarının 

hazırlanması və universitet-sənaye əməkdaşlığının gücləndirilməsi olub. Ekspertlər süni 

intellekt üzrə ixtisaslı mütəxəssislərə tələbatın artdığını qeyd edərək, universitetlər, şirkətlər 

və dövlət qurumları arasında əməkdaşlığın süni intellekt ekosisteminin inkişafında əsas rol 

oynadığını bildiriblər. 

Panelin yekununda iştirakçılar Azərbaycanın qarşıdakı beş il ərzində süni intellekt sahəsində 

daha güclü mövqe tutması üçün prioritet istiqamətlər barədə fikirlərini bölüşüblər. 


Paylaş