Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən “Rəqəmsal transformasiyalarda süni intellektin rolu” (AIDT 2026) beynəlxalq elmi konfransı iyunun 24-də bağlanış mərasimi ilə yekunlaşıb. Üç gün ərzindəmüxtəlif ölkələrdən alim,tədqiqatçı və sənaye nümayəndələrini bir araya gətirən konfrans süni intellekt və rəqəmsal keçid sahəsində elmi bilik mübadiləsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ həllərin təşviqi baxımından mühüm platforma rolunu oynayıb.
Konfrans çərçivəsində süni intellektin nəzəri əsasları, böyük dil modelləri, generativ süni intellekt, neyro-simvolik sistemlər, rəqəmsal əkizlər, sənaye tətbiqləri və insan-mərkəzli texnologiyalar kimi aktual mövzularüzrə aparıcı beynəlxalq ekspertlərin məruzələri dinlənildi, ümumilikdə onlarla elmi məqalə təqdim olunub. Tədbir müxtəlif elmi institutlar arasında əməkdaşlığın genişlənməsinə, gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına və elm-sənaye əlaqələrinin inkişafına töhfə verib.
Bağlanış mərasimində konfransın elmi koordinatoru, professor Sesiliya Zanni-Merk, UFAZ-ın baş katibi Martin Qodon və ADNSU-nun prorektoru Elviz İsmayılov çıxış edərək konfransın nəticələrini qiymətləndirib, beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini vurğulayıb və iştirakçılara təşəkkürlərini bildiriblər.
Bağlanış mərasiminin əsas məqamlarından biri konfransın ən yaxşı elmi işlərinin mükafatlandırılması olub. Qalib müəlliflərə sertifikatlar və xüsusi mükafatlar təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən, Lea Şarbonye qızıl mükafata (Gold Award), Natan Oleyniçak və Sindi Delajgümüş mükafata (SilverAward), Elşən Nağızadəisə bürünc mükafata (Bronze Award) layiq görülüb.
AIDT 2026 bir daha göstərdiki, süni intellektyalnız texnoloji yenilikdeyil, həm də elm, təhsil və sənayenin gələcəyini formalaşdıran strateji istiqamətdir.