×

Xəbərlər

Xəbərlər 25 Jun 2026
ADNSU-da “Gesko” ASC mühafizə xidmətinin əməkdaşları təltif olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetdə keçirilən tədbirlərin təşkilində və təhlükəsizliyin təmin olunmasında fəal iştirakına görə “Gesko” ASC mühafizə xidmətinin əməkdaşlarının təltifetmə mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun professor-müəllim heyəti, tələbələr iştirak ediblər. ADNSU-nun ümumi işlər üzrə prorektoru Elnur İsmayılov çıxış edərək mühafizə xidmətinin fəaliyyətinin əhəmiyyətindən danışıb. O, insan təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayaraq, mühafizə əməkdaşlarının universitetdə təhlükəsiz və nizam-intizamlı mühitin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib.

Çıxışlardan sonra “Gesko” ASC mühafizə xidmətinin əməkdaşları göstərdikləri uğurlu fəaliyyətə görə təltif olunublar. Onlara təşəkkürnamələr təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.


Paylaş