×

Xəbərlər

Xəbərlər 29 Jun 2026
ADNSU-da “Deep Tech” İnkubasiya proqramı çərçivəsində növbəti təlim sessiyası keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən Deep Tech İnkubasiya Proqramı çərçivəsində “Süni intellekt və maşın öyrənməsindən istifadə: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda təlim sessiyası keçirilib.

Təlim AgroChat şirkətinin təsisçisi və baş icraçı direktoru, süni intellekt və maşın öyrənməsi üzrə mütəxəssis Şəhriyar Quliyev tərəfindən keçirilib.

Sessiya zamanı iştirakçılara süni intellekt və maşın öyrənməsi texnologiyalarının real tətbiq imkanları, mövcud istifadə səviyyəsi və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində böyük dil modellərinin tətbiqi, sorğu mühəndisliyi, məlumat əsaslı cavablandırma yanaşmaları, performans optimizasiyası və süni intellekt texnologiyalarından daha effektiv istifadə üsulları ətrafında praktik nümunələr təqdim olunub.

Eyni zamanda, sessiya zamanı süni intellekt texnologiyalarının məhsul inkişafı və biznes proseslərinə təsiri, gələcək tətbiq perspektivləri və texnoloji innovasiyaların startap ekosistemində rolu barədə geniş müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb və mövzu üzrə faydalı fikir mübadiləsi həyata keçirilib.


Paylaş