×

Xəbərlər

Xəbərlər 06 Jul 2026
ADNSU tələbələri üçün effektiv əməkdaşlığın formalaşdırılması məqsədilə seminar keçirilib

ADNSU-nun Məzun-tələbə mentorluq proqramı çərçivəsində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin “Texnoloji innovasiyalar kafedrası” və “Beyin Mərkəzi”nin müdiri Fərid Zalıyev tərəfindən tələbələrlə görüş keçirilib.

Görüş çərçivəsində tələbələrin bir-birini daha yaxından tanıması və komanda daxilində effektiv əməkdaşlığın formalaşdırılması məqsədilə interaktiv fəaliyyətlər təşkil olunub. Eyni zamanda iştirakçıların analitik düşünmə, ünsiyyət, liderlik və problem həll etmə bacarıqlarının müşahidə və qiymətləndirilməsi istiqamətində komanda tapşırıqları icra edilib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və növbəti mərhələlər üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 


Paylaş