İyulun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış saziş çərçivəsində həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının qalibi olan ADNSU doktorantı, Çin Xalq Respublikasının vətəndaşı Cao Ru-nun “İkifazalı axın sistemlərinin hidromekanikası əsasında quyuların əsas xarakteristikalarının tədqiqi” mövzusunda dissertasiya işinin elmi seminarı uğurla keçirilib.
Qeyd edək ki, ADNSU bir əsrdən artıq tarixi ərzində neft-qaz mühəndisliyi sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verib və bu ənənəni bu gün də uğurla davam etdirir. Universitet yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də elmi-pedaqoji kadrların yetişdirilməsində əhəmiyyətli rol oynayır.