×

Xəbərlər

Xəbərlər 07 Jul 2026
ADNSU-da tələbələrin yerdəyişməsi prosesinə hazırlıq məqsədilə təlim keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin yerdəyişməsi (transferi) prosesinə hazırlıq məqsədilə təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi qaydaları, tələbələrin transfer üçün müraciət prosedurları, həmçinin qüvvədə olan normativ sənədlərə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib.

Təlim ADNSU-nun Tədris Departamentinin İnformasiya və statistika şöbəsinin müdiri Həcər Eldarova tərəfindən aparılıb. Təlim çərçivəsində transfer prosesində rast gəlinən praktik çətinliklər, onların həlli yolları və tətbiq ediləcək vahid yanaşmalar müzakirə olunub, iştirakçıların sualları ətraflı cavablandırılıb.


Paylaş