×

Xəbərlər

Xəbərlər 08 Jul 2026
ADNSU ilə AR ETN İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

İyulun 8-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (AR ETN) İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli, icraçı direktor, dosent Famil Rüstəmov, elmi tədqiqat və təcrübə rəhbəri, dosent Tariyel Qurbanov, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Mahir Zeynalov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əziziovla görüşüblər.

ADNSU-nun prorektorları və fakültə dekanlarının da iştirak etdiyi görüşdə AR ETN İqtisadiyyat İnstitutu ilə universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsi və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın hüquqi əsasını təşkil edən əməkdaşlıq memorandumu imzalanıb. 


Paylaş