İyulun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun dissertantı, Pakistan vətəndaşı Khurram Iqbalın “Karbohidrogen hasilatının texnoloji proseslərinin səmərəliliyinin artırılması üsullarının işlənməsi” mövzusunda dissertasiya işinin elmi seminarı keçirilib.
Seminar sənaye sektorundan da dəvət olunmuş ekspertin iştirakı ilə baş tutub, dissertasiya işi üzrə təqdim olunan nəticələr və təkliflər ətrafında geniş müzakirələr aparılıb, mütəxəssislər tərəfindən elmi rəylər və tövsiyələr səsləndirilib.
Qeyd edək ki, Khurram Iqbal bakalavr təhsilini də ADNSU-da alıb. O, 2007-ci ildə universitetin “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə məzun olub.