×

Xəbərlər

Xəbərlər 10 Jul 2026
ADNSU-nun çinli doktorantının dissertasiya işinin elmi seminarı uğurla keçirilib

İyunun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əcnəbi doktorantı, universitetin "Neft-qaz mühəndisliyi" üzrə magistr məzunu, Hökumətlərarası Təqaüd Proqramının qalibi, Çin Xalq Respublikasının vətəndaşı Wang JiaoJiaonun fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin elmi seminarı uğurla keçirilib.

Wang JiaoJiao 2022-ci ildən ADNSU-da “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə doktorantura təhsili alıb. Onun dissertasiya işi “Çətin çıxarılan ehtiyatlara malik laylarda neftvermənin artırılması üsullarının seçilməsi və tətbiqi üzrə texnoloji həllərin təkmilləşdirilməsi” mövzusuna həsr olunub.

Elmi seminarda dissertasiya işinin əsas elmi nəticələri və praktiki əhəmiyyəti təqdim edilib, mövzu ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar tərəfindən tədqiqatın aktuallığı, əldə olunan nəticələr və onların tətbiq perspektivləri ilə bağlı rəy və təkliflər səsləndirilib.


Paylaş