Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024–2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib.
Tədbirdə bildirilib ki, AQEM çərçivəsində gənclər arasında əməkdaşlığın dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verəcək.
"Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı" mövzusuna həsr olunan tədbirdə AQEM-ə üzv 17 ölkədən ümumilikdə 120 nümayəndə iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müxtəlif ölkələrdən olan əcnəbi tələbələri də fəal iştirak ediblər.