2026-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bakalavr və magistratura səviyyələrində təhsil alan 117 tələbəsinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində akademik mobillik proqramlarında iştirakı təmin edilib.
Akademik mobillik proqramları çərçivəsində tələbələr İsveç, Fransa, Almaniya, Qazaxıstan və Özbəkistanın 6 ali təhsil müəssisəsində 10-dan çox ixtisas üzrə təhsil almaq və beynəlxalq akademik təcrübə qazanmaq imkanı əldə ediblər.
Proqramlarda iştirak edən tələbələrin ali təhsil müəssisələri üzrə bölgüsü aşağıdakı kimidir:
- 5 tələbə – Linköping Universiteti, İsveç;
- 66 tələbə – Strasburq Universiteti, Fransa;
- 29 tələbə – Satbayev Universiteti, Qazaxıstan;
- 14 tələbə – Yessenov Universiteti, Qazaxıstan;
- 3 tələbə – Daşkənd Dövlət Texnika Universiteti, Özbəkistan.
Bundan əlavə, Linköping Universitetində akademik mobillik proqramında iştirak edən 5 tələbə proqram çərçivəsində Berlin Texniki Universitetində də akademik fəaliyyətə cəlb olunub. Həmin tələbələr ümumi sayda təkrar hesablanmayıb.
Qeyd edək ki, akademik mobillik proqramlarının məqsədi tələbələrin müxtəlif təhsil sistemləri və akademik mühitlərlə tanış olmasına, peşəkar və dil bacarıqlarını inkişaf etdirməsinə, eləcə də beynəlxalq əlaqələr qurmasına şərait yaratmaqdır.