×

Xəbərlər

Xəbərlər 08 Feb 2018
UFAZ-da "Maarifçi" Tələbə Kredit Fondunun icraçı direktoru ilə görüş keçirilib

Fevralın 7-də "Maarifçi" Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

Qonağa universitet haqqında ətraflı məlumat verən UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov qəbul prosesi, tədris, laboratoriyalar və s. haqqında danışıb. UFAZ-ın Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradıldığını deyən dos. V.Əsgərov bu layihənin hər iki tərəf üçün önəmini vurğulayıb.

Görüşdə UFAZ Fondu ilə "Maarifçi" Tələbə Kredit Fondu arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Paylaş