Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) inklüziv təhsil alan tələbələrin peşəkar inkişafına dəstək məqsədilə seminar keçirilib. Tədbirdə tələbələr üçün real təcrübə, inkişaf mühiti və gələcək karyera imkanları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, proqram təlimlər və bacarıqların inkişafı mərhələsi ilə başlayır, daha sonra iştirakçıların peşəkar təcrübə və iş imkanlarına inteqrasiyası istiqamətində davam etdirilir. Proqram çərçivəsində tələbələrə karyera inkişafı, mentorluq dəstəyi, şəbəkələşmə və müxtəlif layihələrdə iştirak imkanları təqdim olunur.
Seminarda ADNSU-da inklüziv təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edilib. Qeyd olunub ki, universitet inklüziv tələbələrin əmək bazarına hazır kadr kimi yetişdirilməsi, onların əmək qabiliyyətinin artırılması və gələcəkdə uğurlu məşğulluğunun təmin olunması üçün bu sahədə fəaliyyətini davam etdirir.