×

Xəbərlər

Xəbərlər 17 Aug 2026
ADNSU məzununun elmi məqaləsi nüfuzlu Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Fiziki kimya/kimya mühəndisliyi” üzrə magistratura proqramının məzunu Dr. Aynur Nağızadənin elmi məqaləsi nüfuzlu Q1 kateqoriyalı “Atmospheric Pollution Research” jurnalında dərc olunub.
Onun “Seasonal variability and source-related molecular marker profiling of carboxylic acids and phenols in urban PM₁₀” adlı məqaləsi şəhər atmosferində PM₁₀ hissəciklərinin tərkibindəki karboksil turşuları və fenol birləşmələrini araşdırır. Tədqiqatda bu birləşmələrin mövsümi dəyişkənliyi və əsas mənbələri öyrənilib. Eyni zamanda, onların atmosferdə hansı çevrilmə proseslərindən keçdiyi araşdırılıb.
Tədqiqat çərçivəsində karboksil turşuları və fenolik birləşmələrin şəhər atmosferində müxtəlif fəsillər üzrə davranışı və onların mənbə xüsusiyyətləri araşdırılıb. Tədqiqatın nəticələri atmosferdə PM₁₀ hissəciklərinin kimyəvi tərkibinin formalaşmasına təsir edən amillərin və müxtəlif çirklənmə mənbələrinin daha yaxşı anlaşılmasına töhfə verir.
PM₁₀ hissəciklərinin tərkibinin və mənbələrinin öyrənilməsi atmosfer çirklənməsinin xüsusiyyətlərinin müəyyənləşdirilməsi, hava keyfiyyətinin qiymətləndirilməsi və atmosferdə gedən kimyəvi proseslərin daha dərindən anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, xaricdə doktorluq təhsilini və elmi tədqiqatlarını uğurla başa vuran fəlsəfə doktoru (PhD) Dr. Aynur Nağızadə yeni tədris ilindən etibarən ADNSU-da pedaqoji fəaliyyətə başlayacaq. Gənc alim doğma universitetində tələbələrə mühazirələr oxuyacaq və öz beynəlxalq elmi təcrübəsini gənc mütəxəssislərlə bölüşəcək.
Məqalənin tam mətni ilə keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.sciencedirect.com/science/article/pii/S1309104226002813?via=ihub


Paylaş