Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində tələbələr üçün infosessiya keçirilib.
İnfosessiyada SOCAR Baş ofisinin İşə qəbul şöbəsinin rəisi Həmid İsrafilov çıxış edərək proqramın məqsədi, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr barədə məlumat verib. O, “Gənc İstedadlar Proqramı”nın gənclərin peşəkar inkişafında yaratdığı imkanlardan danışaraq proqram çərçivəsində iştirakçıların real iş mühitində təcrübə qazanmaq, peşəkar mentorlardan öyrənmək və müxtəlif layihələrdə iştirak etmək imkanları əldə etdiklərini bildirib.
SOCAR Baş ofisinin İnsan resursları üzrə aparıcı mütəxəssisi Xəyalə Cəlilzadə isə proqramda iştirak şərtləri, əsas istiqamətlər, müraciət qaydaları, qeydiyyat mərhələləri və seçim meyarlarıbarədə ətraflı məlumat verib.
ADNSU məzunu, “Gənc İstedadlar Proqramı”nın qalibi Raci Rəhmanov isə çıxışda proqramda iştirak zamanı qazandığıtəcrübəni iştirakçılarla bölüşüb, tələbələr uğurlar arzu edib.
Proqram haqqında video çarx nümayiş etdirildikdən sonra iştirakçılarla sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələrin proqramla bağlı onları maraqlandıran sualları cavablandırılıb, müraciət və seçim prosesi ilə bağlı əlavə izahatlar verilib, həmçinin gənclərə karyera inkişafı baxımından fərdi tövsiyələr təqdim olunub.