×

Xəbərlər

Xəbərlər 28 Oct 2026
ADNSU tələbəsi Azərbaycan çempionatının gümüş mükafatçısı olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Rəqəmsal texnologiyalar” fakültəsinin “Kompüter elmləri” ixtisasında təhsil alan III kurs tələbəsi Camal Həşimov Azərbaycan çempionatında uğurla çıxış edərək Savat idman növü üzrə gümüş mükafata layiq görülüb.

Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Azərbaycan Savat Federasiyası tərəfindən təşkil olunan ölkə çempionatında 65 kq çəki dərəcəsində mübarizə aparan Camal Həşimov bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə göstərərək gümüş medal qazanıb və Azərbaycanın milli yığma komandasının heyətinə seçilib.

Bu uğur tələbəmizin əzmkarlığının, idmana marağının və potensialının göstəricisidir. Tələbəmizi bu nailiyyət münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr qazanmağı, universitetimizi və ölkəmizi layiqincə təmsil etməyi arzulayırıq!


Paylaş