Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADNSU-nun MBA proqramının birinci kurs tələbələri ilə görüşüb. Cənab nazir görüş zamanı korporativ strateji inkişaf, şəxsi dəyərlər, idarəetmədə səmərəliliyin artırılması, innovativ yanaşmalar və fəaliyyət planlarının formalaşdırılması barədə fikirlərini bölüşüb. Şəxsi inkişafın və davamlı öyrənmənin peşəkar uğurda əhəmiyyətindən bəhs edib.
Görüşdə ölkəmizin kənd təsərrüfatı sahəsində hədəfləri, resurslardan səmərəli istifadə, optimallaşdırma və inkişaf proqramları haqqında da danışılıb. Bu mövzular tələbələrə strateji idarəetmə yanaşmalarının konkret bir sahədə tətbiqini və qərarların qəbuluna təsir edən amilləri daha yaxından anlamaq imkanı yaradıb.
Səmimi fikir mübadiləsi şəraitində keçən görüşün sonunda nazir tələbələrin karyera planlaması, kənd təsərrüfatı sahəsində imkanlar və peşəkar bacarıqların inkişafı ilə bağlı suallarını cavablandırıb, tövsiyələrini bölüşüb.
Dövlət və biznes rəhbərlərinin təcrübələrini tələbələrimizlə bölüşməsi biznesin idarə edilməsi üzrə təhsili praktiki nümunələrlə zənginləşdirir.