Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SPE ASOIU tələbə cəmiyyətinin və Bahar Enerji Əməliyyat Şirkətinin (BEOC) tərəfdaşlığı, Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə tələbələr və gənc mütəxəssislər üçün “Stressin idarə olunması və vaxtın düzgün təşkili” adlı maarifləndirici sessiya təşkil olunub.
Sessiya BEOC şirkətinin baş insan resursları üzrə biznes tərəfdaşı Tural Dursunov tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara stressin idarə olunması, vaxtın səmərəli planlaşdırılması və gündəlik tapşırıqların düzgün prioritetləşdirilməsi mövzularında ətraflı məlumat verilib.
Sessiya çərçivəsində vaxtın idarə olunmasına kömək edən Eisenhower matrisi və Pomodoro texnikası kimi praktik metodlar təqdim edilib. İştirakçılar bu üsulların gündəlik fəaliyyətlərdə tətbiqi, tapşırıqların əhəmiyyət və təcililik dərəcəsinə görə müəyyənləşdirilməsi, eləcə də vaxtdan daha səmərəli istifadə imkanları ilə tanış olublar.
Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq və sessiyanı interaktiv şəkildə yekunlaşdırmaq məqsədilə Kahoot oyunu təşkil olunub. Oyunun qalibləri hədiyyələrlə mükafatlandırılıblar.