×

Xəbərlər

Xəbərlər 06 Nov 2026
ADNSU-da Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin dəvətli müəllimlərinin elmi seminarı keçirilib

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazaxıstan Respublikasının Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin (Yessenov Universiteti) dəvətli müəllimlərinin iştirakı ilə elmi seminar keçirilib.

“Neft yataqlarında parafin çökmə proseslərinin öyrənilməsi” mövzusuna həsr olunan seminarda Yessenov Universitetinin Neft-qaz mühəndisliyi kafedrasının tədqiqatçı və dosentləri Bayamirova Ryskol, Togasheva Aliya, Zholbassarova Akshyryn, Saduakassov Danabek və Sarbopeyeva Manshuk iştirak ediblər. Qonaqlar öz elmi təcrübələrini ADNSU-nun professor-müəllim heyəti ilə bölüşüb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Seminar ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elviz İsmayılovun rəhbərliyi, universitetin elmi katibi dosent İnqlab Əliyevin və Elmi Tədqiqatların Əlaqələndirilməsi və Monitorinqi şöbəsinin müdiri Gülnarə Məmmədovanın təşkilatçılığı ilə baş tutub.

Tədbirin sonunda qonaq tədqiqatçılara sertifikatlar təqdim olunub.


Paylaş