×

Xəbərlər

Xəbərlər 11 Nov 2026
ADNSU ilə “Agro Dairy” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Görüşdə ADNSU-nun elmi katibi, Neft-qaz mühəndisliyi kafedrasının müdiri İnqlab Əliyev, Məzunlarla iş və karyera mərkəzinin rəhbəri Şamil Əhmədov, Biotexnologiya və qida mühəndisliyi kafedrasının müdiri Nərgiz Sultanova və kafedranın baş müəllimi Samirə bayramova iştirak ediblər.

Görüşdə Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün mentorluq və “shadowing” (iş başında müşahidə) proqramları, TED Talk formatında infosessiyalar, tələbələr üçün adlı təqaüdlər, şirkətin təcrübəli mütəxəssisləri tərəfindən təlimlər, eləcə dəşirkətin ADNSU-nun karyera sərgisində iştirakı kimibir sıra imkanların yaradılması müzakirə olunub. Həmçinin sənayenin mövcud ehtiyacları müəyyənləşdirildikdən sonra magistrant və doktorantların gələcək elmi tədqiqat mövzularının bu ehtiyaclar nəzərə alınmaqla seçilməsi qərara alınıb. Görüşün yekununda tələbələr üçün Xırdalanda yerləşən laboratoriyaya səfərin təşkili, eləcə də bu məsələlərin SABAH City-də daha geniş formatda müzakirəsi planlaşdırılıb. Görüşün sonunda şirkət təmsilçisi Kəmalə Eynullayeva qonaqları ofislə və orada aparılanişlərlə yaxından tanış edib.

Görüş universitet ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin real istehsal mühitində təcrübə qazanması və elmi tədqiqatların sənayenin ehtiyaclarına uyğunlaşdırılması baxımından mühüm addım olub.


Paylaş