Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyası fakültəsinin Neft-kimya mühəndisliyi kafedrasının IV kurs tələbələri İsveçrənin Sürix şəhərində keçirilən 14-cü Beynəlxalq Avropa Konqresində onlayn formatda iştirak ediblər.
Beynəlxalq elmi tədbir çərçivəsində tələbələr apardıqları elmi-tədqiqat işlərini təqdim edərək müvafiq mövzular üzrə məruzələrlə çıxış ediblər. Onların elmi araşdırmalarını beynəlxalq platformada təqdim etməsi əldə etdikləri bilik və tədqiqat bacarıqlarının nümayişi baxımından əhəmiyyət daşıyıb.
Konqresdə fəal iştiraklarına və elmi işlərinin təqdimatına görə ADNSU tələbələri sertifikatlarla təltif olunublar.