×

Xəbərlər

Xəbərlər 12 Nov 2026
ADNSU əməkdaşlarının məqaləsi Q1 indeksli beynəlxalq elmi jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının həmmüəllifi olduqları elmi məqalə beynəlxalq nüfuzlu elmi nəşrlərdən biri olan“Energies” jurnalında dərc olunub.

“Production Dynamics and Development Optimization in Mature Offshore Oil Fields: An Integrated Development Curve and Shewhart Control Approach” (Yetkin dəniz neft yataqlarında hasilat dinamikası və işlənmənin optimallaşdırılması: İnteqrasiya olunmuş işlənmə əyrisi və Şuxart nəzarət yanaşması”) adlı məqalənin müəllifləri Şura Qənbərova, Gültər Nəsibova, Sevil Zeynalova, Tamella Zahidova və Rüfət Şahbazovdur.

Tədqiqatda Xəzər dənizinin Darvin Bankası, Pirallahı adası və Gürgan-Dəniz neft yataqlarının uzunmüddətli işlənmə tarixi və hasilat göstəriciləri kompleks şəkildə təhlil edilib. Şuxart statistik nəzarət qrafiklərinin tətbiqiilə neft, su və qaz hasilatında, eləcə də sulaşma və suvurulması göstəricilərində baş verən dəyişikliklər müəyyənləşdirilib.

Araşdırmanın nəticələri əsasında yetkin dəniz neft yataqlarında hasilatın optimallaşdırılması və qalıq ehtiyatların daha səmərəli mənimsənilməsi üçün bir sıra yanaşmalar irəli sürülüb. Bunlara seçmə su təcridi tədbirləri, quyularda müdaxilələr, əlavə quyuların qazılması və lay vermə əmsalının artırılmasına yönəlmiş EOR üsullarının tətbiqi daxildir.

Tədqiqatın əsas elmi əhəmiyyəti tarixi hasilat məlumatlarının Şuxart statistik nəzarət üsulu ilə inteqrasiyasının yetkin neft yataqlarının işlənmə vəziyyətinin qiymətləndirilməsi və gələcək inkişaf strategiyalarının optimallaşdırılması üçün praktik metodoloji əsas yaratmasıdır.

Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.mdpi.com/1996-1073/19/21/5032


Paylaş