×

News

News 11 May 2018
ADNSU-nun professoru Moskva şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, professor Araz Əliyev 2-6 may tarixlərində Moskva şəhərində görkəmli riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, professor V.A.İlyinin 90 illik yubileyinə həsr olunmuş “Sərhəd məsələləri nəzəriyyəsinin müasir üsulları” adlı beynəlxalq konfransda iştirak edib. Konfrans M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama Riyaziyyatı və Kibernetika fakültəsinin bazasında keçirilib.

Professor Araz Əliyev konfransın “Diferensial operatorların spektral nəzəriyyəsi” bölməsində “Coefficient conditions of solvability of the boundary-value problems for a class of third-order operator-differential equations with multiple characteristics” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans müddətində professor Araz Əliyev bir çox ölkələrdən gəlmiş tanınmış riyaziyyatçılarla elmi müzakirələr apararaq gələcəkdə birgə elmi araşdırmaların aparılması üzrə razılığa gəlib.

Konfransda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyazi analiz” kafedrasının professoru Vəli Qurbanov da iştirak ediblər.


Share