×

News

News 17 Aug 2018
ADNSU-da tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib

Avqustun 16-dən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib. Sənəd qəbulu hər bir fakültədə ayrı-ayrılıqda təşkil olunub. Abituriyentlər növbəli şəkildə sənədlərini təqdim edərək qeydiyyatdan keçirlər.

Qeydiyyat 16-28 avqust (bazar günləri istisna olmaqla) tarixlərində saat 10:00-dan 17:00-dək aparılır.

Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı ADNSU-nun internet saytı və rəsmi facebook səhifəsində yerləşdirilib.


Share