×

News

News 21 Sep 2018
ADNSU-da birinci kurs tələbələri ilə görüşlər davam edir

Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya-texnologiya (KTF) və Energetika fakültələrinin (EF) birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Müqəddəs Əzizzadə iştirak edib.

Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru A.Babayev gəncləri tələbə adını qazanmaları münsibətilə təbrik edib və təhsildə uğurlar arzulayıb. Daha sonra tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edən prorektor həmçinin qeyd edib ki, universitetin qoruduğu mənəvi dəyərləri davam etdirmək və savadlı kadr olmaq üçün yaxşı oxumaq hər bir tələbənin mənəvi borcudur.

Çıxış edən ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri N.Gəncəyev universitetin tanınmış məzunları, tarixi və ixtisaslar haqqında gənclərə geniş məlumat verib. Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, Debat və İdman klubları haqqında çıxış edib. Həmçinin universitetin 12 idman növü üzrə (futbol, basketbol, voleybol, stolüstü tennis, güləş, cüdo, üzgüçülük, şahmat, dama və s.) idman klublarının fəaliyyət göstərdiyini qeyd edən N.Gəncəyev tələbələri universitetin ictimai həyatında fəal iştiraka  və burada fəaliyyət göstərən dərnəklərə qoşulmağa çağırıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 


Share