×

News

News 24 Sep 2018
ADNSU-da birinci kurs tələbələri ilə görüşlər davam edir

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin (EF) birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə (TGT) iştirak edib.

Tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent A.Babayev gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib və ali təhsildə uğurlar arzulayıb. Universitetdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən danışan prorektor A.Babayev eyni zamanda tələbələri universitetin nizam-intizam qaydaları ilə də tanış edib.

Daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri N.Gəncəyev ADNSU-nun tarixi, tanınmış məzunları, tədris olunan ixtisaslar və həmçinin universitetdə tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün fəaliyyət göstərən dərnəklər haqqında ətraflı məlumat verib. Universitetdə fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, Debat və İdman klubları haqqında çıxış edən N.Gəncəyev universitetin 12 idman növü üzrə (futbol, basketbol, voleybol, stolüstü tennis, güləş, cüdo, üzgüçülük, şahmat, dama və s.) idman klublarının fəaliyyət göstərdiyini vurğulayıb və tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Share