×

News

News 12 Oct 2018
ADNSU-da Rusiyanın Cənubi Ural Dövlət Universitetinin nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiyanın Cənubi Ural Dövlət Universitetinin “Uçtex-Profi” Elmi-İstehsalat İnstitutunun direktor müavini Anna Klistorner və institutun kommersiya direktoru Maksim Kalyaqin ilə görüş keçirilib. Universitetin professor-müəllim heyətinin iştirak etdiyi görüşdə Maksim Kalyaqin “Uçtex-Profi” Elmi-İstehsalat İnstitutu haqqında təqdimatla çıxış edib.

İnstitutun istehsal edilən avadanlıqların müasir dünya standartlarına uyğun olduğunu qeyd edən “Uçtex-Profi” Elmi-İstehsalat İnstitutunun direktor müavini Anna Klistorner ADNSU ilə tədris və elmi işlər üçün laboratoriya və digər avadanlıqların təmin olunması ilə bağlı birgə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.


Share