×

News

News 17 Oct 2018
ADNSU-da “Energetiklər günü”nə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin Elmi Şurasının iclası, həmçinin “Energetiklər Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş energetiki Tahir Cəfərov, fakültənin professor-müəllim heyəti iştirak edib.

Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İclasda əvvəlcə gündəmdə duran məsələlər müzakirə olunub. Daha sonra AREA-nın baş energetiki Tahir Cəfərov Azərbaycanda Energetika Sistemində 03.07.2018-ci il tarixində baş vermiş qəza ilə bağlı məruzə ilə çıxış edib. Sonda professor-müəllim heyətinin sualları cavablandırılıb.

Qeyd edək ki, hər il oktyabrın 20-si Azərbaycanda “Energetiklər Günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərəncamla "Energetiklər Günü" peşə bayramı təsis olunub.


Share