Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində talassemiyadan əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib. ADNSU-nun işçi heyəti ilə yanaşı tələbələr də qanvermə aksiyasında könüllü olaraq iştirak edib, qana ehtiyacı olan insanlara kömək üçün bu humanist aksiyaya qoşulublar.
Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunan xüsusi tibb briqadası tərəfindən hər bir donorun sağlamlığı yerindəcə müəyyən olunub və onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiyadan əziyyət çəkənlər üçün saxlanılacaq.