Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evinin fonduna müxtəlif elm sahələrini əhatə edən çap məhsulları, onların elektron versiyaları və digər informasiya daşıyıcıları daxil olub. Bu çap məhsulları Azərbaycan və xarici dillərdə olmaqla kitab evinin elektron kataloquna daxil olunub və oxu zalında “Yeni nəşrlər” sərgisində yer alıblar.
Kitab Evinin fonduna daxil olunan nəşrlərin siyahısını oxuculara təqdim edirik.
1. Geologiya-minerologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı Çapay Sultanovun 17 adda 70 nüsxə kitabı,
2. BP şirkətinin dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş 5 adda 400 nüsxə kitab,
3. Barattson şirkəti tərəfindən 29 adda 107 nüsxə kitab.
Qeyd edək ki, kitablar nəfis tərtibata və yüksək keyfiyyətə malikdir.